logo

Ceyhun Bayramov Düşənbədə Pakistanın xarici işlər naziri ilə görüşdü

15:55 30-03-2021 | icon 1813
Ceyhun Bayramov Düşənbədə Pakistanın xarici işlər naziri ilə görüşdü
30 mart 2021-ci il tarixində Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri, mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Tərəflər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğuladılar.
 
Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdilər.
 
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.