logo

Azərbaycanda daha 2146 nəfər  koronavirusa yoluxdu, 25 nəfər öldü

15:35 30-03-2021 | icon 3192
Azərbaycanda daha 2146 nəfər  koronavirusa yoluxdu, 25 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 838 nəfər müalicə olunaraq sağalıb, 2146 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 259 min 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 237 min 338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib. Aktiv xəstə sayı 18600 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 858 min 773 test aparılıb. Bugünkü test sayı isə 14099-dur.