logo

Prezident Cəmil Əliyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

14:59 30-03-2021 | icon 1624
Prezident Cəmil Əliyevi “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev martın 30-da  Cəmil Əliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, bu gün Cəmil Əliyevin 75 yaşı tamam olur. 

Cəmil Əziz oğlu Əliyev 30 mart 1946-cı ildə Bakıda anadan olub. Tibb elmləri doktoru, professordur.2001-ci ildən  Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsində çalışır.