logo

İlham Əliyev Məzahir Pənahovu  “Şərəf” ordeni ilə təltif etdi

14:24 30-03-2021 | icon 1491
İlham Əliyev Məzahir Pənahovu  “Şərəf” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev martın 30-da Məzahir Pənahovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məzahir Məhəmməd oğlu Pənahov “Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun martın 13-də 70 yaşı tamam olub.