XİN-dən Türkiyəyə vizasız səyahətlə bağlı yeni açıqlama
2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 2020-ci il fevralın 25-də imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilib və protokol 2021-ci il aprelin 1-də qüvvəyə minir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar.
Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.
Türkiyə Respublikasının ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə Respublikasının ərazisinə daxil olmaq üçün Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pasportlardan istifadə olunması məcburidir.
Bu mənada, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan Respublikasının ərazisindən Türkiyə Respublikasına birbaşa səyahətlər üçün istifadə ediləcəkdir. Həmçinin Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.
Eyni zamanda, Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.
Azərbaycan Respublikası tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqaviləni qardaş Türkiyə Respublikası ilə imzalayıb. Bu, ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür.
Keçmiş bankir koronavirusdan, anası isə ürək tutmasından eyni gündə öldü
Azərbaycanda daha 2317 nəfər koronavirusa yoluxdu, 36 nəfər öldü
Sahibə Qafarova Sankt-Peterburq qırğızıstanlı həmkarı ilə görüşüb
Milli Məclis komitələrinin birgə iclası keçirilib
“Taliban”:"Mayın 1-dək bütün xarici qoşunların Əfqanıstandan çıxarılılsın"
"Bandotdel" əməliyyat keçirdi-VİDEO
3 taekvondoçumuz Avropa Olimpiya təsnifat turnirində iştirak edəcək
Meriyanın tabeliyindəki bağçalarda 2 milyon manatlıq yeyinti aşkarlandı
Azərbaycanlı və pakistanlı gənclər evləndi, rektorla səfir şahid oldu
Azərbaycanın "Əməkdar mədəniyyət işçisi" koronavirusdan vəfat etdi
İlham Əliyev Özbəkistana rəsmi səfər edəcək
Ermənistanda sərxoş sürücü 2 hərbçini öldürdü, 4-nü isə yaraladı
Gürcüstanın "İnterpol"la axtardığı şəxs Azərbaycanda tutuldu
Türkiyə səfiri Erkan Özoral sabah Bakını tərk edəcək
Ətraf mühiti çirləndirən bələdiyyə sədri 3000 manat cərimə olundu
Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur-Mövlud Çavuşoğlu
Sabah Bakıda 21° isti olacaq
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsinin videogörüntüləri yayıldı
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
Azərbaycan nefti 65,92 dollara satılır
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
Ucarda arvadını qətlə yetirən ər həbs edildi
Milli Məclisin sabiq sektor müdiri vəfat etdi
Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır