logo

AQTA Ukraynadan idxal olunan 24 ton toyuq dərisini zay çıxardı

11:31 30-03-2021 | icon 2016
AQTA Ukraynadan idxal olunan 24 ton toyuq dərisini zay çıxardı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri zamanı “Frozen Products” MMC tərəfindən Ukraynadan ölkəmizə idxal edilən 23 min 898 kiloqram dondurulmuş toyuq dərisi məhsuluna baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə patogen mikroorqanizm olan salmonella aşkar edilib.

Faktla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.