logo

Pənah Hüseynin partiyasına harada  ofis verildi?

10:10 30-03-2021 | icon 2359
Pənah Hüseynin partiyasına harada  ofis verildi?

Fəaliyyət imkanlarının genişləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təminatı prosesi davam etdirilir.

Ötən gün Azərbaycan Xalq Partiyasına da yeni qərargah verilib.

YeniAvropa xəbər verir ki, bu barədə partiya sədri Pənah Hüseyn özü məlumat paylaşıb.

P.Hüseyn qeyd edib ki, Azadlıq prospekti 161 ünvanında yerləşən inzibati binada Azərbaycan Xalq Partiyasına qərargah məqsədi ilə istifadə üçün təklif edilən 59,8 m2 qeyri-yaşayış sahəsini təhvil almaq barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndələri ilə birillik icarə müqaviləsi imzalayıb.

Qeyd edək ki, məşhur "Bakı Elektroniks" mağazası ilə üz-üzə olan sözügedən ünvanda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi yerləşir.

Xatırladaq ki, Azərbaycanda 62 siyasi partiya qeydiyyatdan keçib. Bir müddət əvvəl paytaxtın Yasamal rayonunda, Şəfayət Mehdiyev küçəsi 177 ünvanında yerləşən “Lider TV"nin inzibati binasında 10-dək siyasi partiyaya ofis sahəsi verilib. Bundan əlavə isə Azadlıq prospekti 161 b ünvanında yerləşən həmin binada 20-dək siyasi partiya qərargahla təmin olunub. 

Bayram tətilindən əvvəl- martın 19-da isə nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 siyasi partiyaya(Azərbaycan Azad Demokratlar Partiyası, Aydınlar Partiyası, Vəhdət Partiyası və Gələcək Azərbaycan Partiyası) fəaliyyət göstərmələri üçün ofis sahəsi təqdim edilib.

Beləliklə, dövlət tərəfindən qərardagla təmin edilən siyasi partiyaların sayı 40-a çatıb.