logo

“Azəriqaz”ın vəzifəli şəxsləri həbs edildi

20:50 29-03-2021 | icon 1645
“Azəriqaz”ın vəzifəli şəxsləri həbs edildi

Xəzər rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlunun və “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin XəzərrRayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib.

Qeyd edilib ki, aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimov ilə cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5700 manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən olunub. Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.