logo

Ceyhun Bayramov Tacikistanda Mevlüt Çavuşoğlu ilə görüşüb

19:29 29-03-2021 | icon 1547
Ceyhun Bayramov Tacikistanda Mevlüt Çavuşoğlu ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında görüş baş tutub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb

Görüşdə nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və 1 aprel tarixindən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azad etmə haqqında Bakıda imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında 1 saylı Protokolun qüvvəyə mindiyini və bu tarixdən vətəndaşlarımızın şəxsiyyət vəsiqəsini sərhədkeçmə sənədi kimi istifadə edə biləcəklərini məmnunluqla qeyd ediblər.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.