logo

Qarabağda daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

18:17 29-03-2021 | icon 1561
Qarabağda daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

Qarabağda 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbiçlərin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb. Bildirilib ki, bu gün Ermənistana məxsus axtarış qrupları Əsgəran istiqamətində axtarışlar zamanı 1 hərbçinin cəsədinin qalıqlarını aşkar ediblər.

Axtarışlar sabah Cəbrayıl rayonu ərazisində davam etdiriləcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 13-dən bu günə qədər ümumilikdə 1524 erməni hərbçinin cəsədlərinin qalıqları Ermənistan tərəfinə təhvil verilib.