Zakir Həsənov qoşunların döyüş hazırlığını artırmağı əmr etdi
Martın 29-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.
YeniAvropa xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.
Azad edilmiş ərazilərdə xidmətin təşkili ilə bağlı məsələlərə toxunan müdafiə naziri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişlərini və qarşıda duran vəzifələri müşavirə iştirakçılarına çatdırıb.
General-polkovnik Z.Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb.
Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.
Antalya “Böyük Dəbilqə”si: Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Ukrayndan Hindistana “qırmızı xəti” keçməmək xəbərdarlığı
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq
Lavrov Aİ-nin Ermənistandakı missiyasını NATO missiyası adlandırıb
Azərbaycan nefti 89,22 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Daha 35 ailə Füzuliyə yola salınıb
Avtobus və taksi fəaliyyətinə dair tələblər təsdiqlənib
Türkiyə Azərbaycanla birgə tarixi film çəkəcək
Xarici işlər naziri istefa verdi...
“Azneft” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib
“Texnika Bank”ın əmlakları təkrar hərraca çıxarılır
Avropa çempionatı: Minifutbol millimizin mümkün rəqibləri bəlli olub
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib
Sabah Bakıda 17° isti olacaq
Rusiya Ermənistan-ABŞ-Aİ görüşündən narahatdır
Tanışını öldürən şəxsin məhkəməsi başlayır
Paşinyan: Ermənistan mühacir “Dağlıq Qarabağ hökumətini” tanımır
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır
Bu gün 4 rayonda qaz olmayacaq
Salyanda nğqsanlar aşkarlanan məktəbin direktoru işdən çıxarılıb
Mərkəzi Bank uçot dərəcəsini endirib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb
Bakıda "COP29"a həsr edilən “Dayanıqlı Tikinti Zirvəsi” keçiriləcək
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir