logo

Xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə gedib

11:59 29-03-2021 | icon 1393
Xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da Tacikistana səfərə yola düşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər nazirinin  martın 29-30-da düşənbə şəhərində keçiriləcək “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak edəcək.

Bundan əlavə Ceyhun Bayramovun Tacikistanın dövlət rəsmiləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur.

Xatırladaq ki, “Asiyanın Ürəyi – İstanbul Prosesi” formatı 2011-ci ildə İstanbulda keçirilən konfransda təsis edilib. Sonrakı illərdə bu format Əfqanıstanda sabitliyin əldə edilməsi, eləcə də Asiyada sülhün bərqərar edilməsi məqsədi ilə siyasi platformaya çevrilib. 

"İstanbul prosesi"nin iştirakçıları sırasında  Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, İran, Hindistan, Çin, Rusiya, Səudiyyə Ərəbistanı,Türkiyə, Tacikistan və Türkmənistan yer alır.