logo

Daha bir məktəb direktoru koronavirusun qurbanı oldu

11:41 29-03-2021 | icon 1582
Daha bir məktəb direktoru koronavirusun qurbanı oldu

Qazax rayonunda  6 orta məktəb koronavirusa görə bağlanıb.

YeniAvropa xəbər verir ki, bu barədə Qazax şəhər Təhsil Şöbəsindən bildirilib.

Qeyd edilib ki, rayonun 6 məktəbində COVID-19 infeksiyasına yoluxmalar təsdiq olunub.  Məktəblərdə müəllim və şagirdlər arasında koronavirusun yayılmasının qarşısını almaq üçün dərslərin iki həftəlik distant davam etdirilməsi qərara alınıb.

Bundan əlavə, Qazax rayon Aslanbəyli kənd orta məktəbinin direktoru, 1956-cı il təvəllüdlü Dilqəm Məmmədov COVID-19-dan vəfat edib. 

Xatırladaq ki, ötən gün Gəncə şəhəri 13 nömrəli məktəbin direktoru Hüsnay Mövlayeva da koronavirusun qurbanı olub.