logo

Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib

10:59 29-03-2021 | icon 2758
Sabirabadda ölümlə nəticələnən yol qəzası baş verib

Sabirabadda avtomobil velosipedçini vuraraq öldürüb.

YeniAvropa xəbər verir ki, hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.

Qaralar kənd sakini, 1997-ci il təvəllüdlü Tağıyev Müzəffər Qəzənfər oğlunu velosipedlə hərəkətdə olarkən naməlum avtomobil vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Hazırda avtomobilin və sürücünün müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.