logo

Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 770 min nəfərə çatır

19:20 28-03-2021 | icon 1785
Dünyada koronavirusdan ölənlərin sayı 2 milyon 770 min nəfərə çatır

Dünyada koronavirusa yoluxanların sayı son sutkada 565 mindən çox artıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 565 997 nəfər yeni koronavirusa yoluxub, 9 997 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 126 359 540, ölənlərin isə 2 769 473 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.