logo

Fulya Öztürk 44 günlük müharibədən "CNN Türk"də sənədli film hazırladı

17:48 28-03-2021 | icon 1659
Fulya Öztürk 44 günlük müharibədən "CNN Türk"də sənədli film hazırladı

CNN Türk telekanalında “Qarabağda 44 gündə nələr yaşandı?” adlı sənədli film nümayiş olunub.

YeniAvropa xəbər verir ki, kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.

Ekran əsərində Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə dünyaya ünvanladığı mesajlar yer alıb.

Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərini raket zərbələri ilə bombalaması və günahsız insanların qətlə yetirilməsindən söz açılıb.