logo

II Qarabağ müharibəsində Ermənistanda 11 minədək yaralı olub

17:16 28-03-2021 | icon 1701
II Qarabağ müharibəsində Ermənistanda 11 minədək yaralı olub
44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri, polis və təhlükəsizlik xidməti əməkdaşları , eləcə də könüllülərdən 11 min nəfərədək yaralı olub.
YeniAvropa "yerevan.today" saytına istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi Hərbi-Tibbi İdarəsi rəisinin müavini Qeqam Paşikyan martın 28-də  müharibə günlərində gördükləri işlərə  həsr olunan mətbuat konfransında bildirib.
 
Onun sözlərinə görə, həmin  yaralılardan 55 %-nin vəziyyəti vəziyyəti yüngül, 36:-nin  orta, 7 %-nin ağır, 2 %-nin isə çox ağır olub.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi Hərbi-Tibbi İdarəsi rəisi polkovnik Saak  Ohanyan bildirib ki, hazırda  1500-dək hərbiçinin müalicəsi davam edir. 
"hazırda 885 hərbiçiyə birinci, ikinci və üçüncü dərəcəli əlliklik təyin edilib. Birinci və ikiinci dərəcəli əllillər hərbiçilərin sığorta fondundan dəstək görürlər",-deyə   Saak  Ohanyan vurğulayıb