logo

Azərbaycanda daha 1831 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

16:10 28-03-2021 | icon 1897
Azərbaycanda daha 1831 nəfər koronavirusa yoluxdu, 27 nəfər öldü

Azərbaycanda koronavirusa daha 1831 yoluxma faktı qeydə alınıb, 545 nəfər müalicə olunaraq sağalıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 256 min 201 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 236 min 151 nəfər müalicə olunaraq sağalıb, 3491 nəfər vəfat edib. Aktiv xəstə sayı 16 min 559 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 837 min 44 test aparılıb. Bugünkü test sayı isə 10 min 590-dır.