logo

Qarabağda daha 5 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

21:34 27-03-2021 | icon 1701
Qarabağda daha 5 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbiçlərin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb. Bildirilib ki, bu gün Ermənistana məxsus axtarış qrupları Füzuli və Cəbrayıl istiqamətində axtarışlar zamanı 5 hərbçinin cəsədlərinin qalıqlarını aşkar ediblər.

Cəsədlərin qalıqları Ermənistan tərəfinə təhvil verilib.

Onların kimliyini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin ediləcək. 

Qeyd edək ki, bundan əvvəl, Talış-Suqovuşan istiqamətində axtarışlar nəticəsiz qalmışdı.

Xatırladaq ki, 2020-ci il noyabrın 13-dən bu günə qədər ümumilikdə 1523 erməni hərbçinin cəsədlərinin  qalıqları Ermənistan tərəfinə təhvil verilib.