logo

Türkiyədə koronavirusdan ölənlərin sayı 31 min nəfərə çatır

20:58 27-03-2021 | icon 2128
Türkiyədə koronavirusdan ölənlərin sayı 31 min nəfərə çatır

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması və gündəlik ölüm halında artım davam etməkdədir.

 YeniAvropa Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, martın 27-də Türkiyə üzrə 223 min 214 nəfər testdən keçirilib. Onlardan 30 min 21 nəfərdə virus əlaməti aşkarlanıb, 1281 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 151 nəfər ölüb, 18 min 892 nəfər isə sağalıb. İndiyədək ümumilikdə 3 milyon 179 min 115 nəfər infeksiyaya yoluxub, 30 min 923 nəfər ölüb.

Qeyd edək ki, hazırda Türkiyədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərini yerli hakimiyyət orqanları vilayətlərdəki vəziyyətə uyğun olaraq həyata keçirir. Çindən alınan “Sinovac” vaksinini ilə peyvəndlənmə müəyyən edilmiş qrafik üzrə kütləvi şəkildə davam edir. Yay fəslinin əvvəlinə qədər təxminən 60 milyon insanın peyvəndlənməsi planlaşdırılır.