logo

İstanbulda güllələnən SOCAR-ın meneceri lə bağlı yeni məlumat var

12:33 27-03-2021 | icon 1855
İstanbulda güllələnən SOCAR-ın meneceri lə bağlı yeni məlumat var

Türkiyənin "Sabah" qəzeti ötən gecə SOCAR dövlət neft şirkətinin top-meneceri Nihad Əliyevin ölümü ilə bağlı ilkin məlumatları dərc edib.

 YeniAvropa xəbər verir ki, polisin məlumatına görə, mərhum qonaqları ilə birlikdə (üç qadın, üç kişi) saat 23-də restorandan otelə gəlib və otağına çıxıb. Əliyevin qonaqlarının ifadələrinə əsasən, o, oteldə istirahət edərkən belindən tapançasını çıxarıb və zarafatla başına dayayıb. Qonaqları bunun təhlükəli olduğunu dedikdə Əliyev silahın dolu olmadığını bildirib, buna cavab olaraq qonaqları "şeytan doldurar" deyiblər. Əliyev tətiyi çəkib və atəş açılıb.

Atəş səsi eşidən otel işçiləri polis çağırıblar. Ağır yaralanan Əliyev xəstəxanaya aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb. 

"Sabah"ın məlumatına görə, polis şahid ifadələri almağa davam edir və hələlik mətbuat üçün bəyanat verməyib.

SOCAR dövlət şirkəti hələlik hadisə ilə bağlı şərh vermir. Bəzi məlumatlara görə, 40 yaşlı Nihat Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin qohumudur. Bəzi məlumatlara görə, mərhum SOCAR Trading-də ikinci şəxs idi.

* Forbes-in məlumatına görə, Socar Trading əvvəlcə İsveçrədə Azərbaycan neftinin satışı üçün yaradılıb. Amma indi şirkət qlobal treyder kimi fəaliyyət göstərir, digər şirkətlərin neftini də satır. 2018-ci ildə Socar Trading-in qazancı 53,5 milyard dollar təşkil edib (daha yeni məlumat yoxdur).

Rusiyada şirkət "Rosneft" və "Surqutneftqaz"la əməkdaşlıq edir, bu şirkətlərin neftini Türkiyə, Xorvatiya, Bolqarıstan və ABŞ-a ixrac edir. Ana şirkət olan SOCAR 2019-cu ildə Sberbank-la birlikdə hazırda müflislik prosedurundan keçən Antipinski Neft Emalı Zavodunun sərmayəsinə daxil olub.