logo

Dövlət Sərhəd Xidməti hərbçilərin ərzaqlarının Ukraynada satılmasını təkzib etdi

11:59 27-03-2021 | icon 1498
Dövlət Sərhəd Xidməti hərbçilərin ərzaqlarının Ukraynada satılmasını təkzib etdi
"26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilib".
 
 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumatda bildirilir.
Qeyd edilib ki, yayılmış belə xəbərlər şayədir. 
 
"Bununla əlaqədar rəsmi olaraq bildiririk ki, bu materiallar həqiqətəuyğun deyildir və qərəzli xarakter daşıyır. Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir",-deyə məlumatda bildiilib..