logo

Tbilisi “Böyük dəbilqə”sində bu gün iki cüdoçumuz mübarizəyə qoşulur

10:33 27-03-2021 | icon 2037
Tbilisi “Böyük dəbilqə”sində bu gün iki cüdoçumuz mübarizəyə qoşulur

Tbilisidə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

 YeniAvropa xəbər verir ki,yarışın ikinci günündə daha iki cüdoçumuz mübarizəyə qoşulub. Belə ki, kişilərin yarışında Murad Fətiyev ilk qarşılaşmasını Din Gemer (İsrail), Zelim Tskayev (hər ikisi 81 kq) isə Kenni Bedelə (İtaliya) qarşı keçirəcək.

Qeyd edək ki, yarışın birinci günündə 7 idmançımız mübarizə aparıb. Onlardan yalnız 60 kiloqram çəki dərəcəsində yarışan Kəramət Hüseynov bürünc medala sahib olub.

Martın 28-dək davam edəcək turnirdə 80 ölkədən 464 cüdoçu mübarizə aparır. Azərbaycan yarışda 11 idmançı ilə təmsil olunur.