logo

Azərbaycanda daha 1759 nəfər  koronavirusa yoluxdu,24 nəfər öldü

18:11 26-03-2021 | icon 1820
Azərbaycanda daha 1759 nəfər  koronavirusa yoluxdu,24 nəfər öldü

Sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına 1759 nəfər yoluxub, 511 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 252 min 680 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 234 min 893 nəfər müalicə olunaraq sağalıb, 3445 nəfər vəfat edib. Aktiv xəstə sayı 14 min 342 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 816 min 784 test aparılıb. Bugünkü test sayı isə 8923-dür.