logo

Keçmiş "Şəfa” stadionunun mülkiyyətçisi yenə dəyişdi

16:16 26-03-2021 | icon 1596
Keçmiş "Şəfa” stadionunun mülkiyyətçisi yenə dəyişdi

"Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus, Bakının Nizami rayonunun Heydər Əliyev prospektində yerləşən "ASK Arena” (keçmiş "Şəfa” və "İnter Arena”) stadionunun mülkiyyətçisi dəyişib.

 YeniAvropa xəbər verir ki, bu barədə ASK-dan bildirilib. 

Məlumatda qeyd edilib ki, stadionun idarə edilməsi səlahiyyəti "ASK İdman Kompleksi” MMC-dən alınaraq "ASK Əmlak” MMC-yə verilib. 2018-ci ildə 100 manat nizamnamə kapitalı ilə yaradılmış bu şirkətə Həsən Arzuman oğlu Həsənov rəhbərlik edir.

Xatırladaq ki, "ASK Arena” stadionunu 2000-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) inşa etdirib, 3 il bundan əvvəl isə obyekt ASK-nın balansına verilib. Kompleksdən futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubu ev oyunları meydançası kimi istifadə edir.