logo

Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək

15:16 26-03-2021 | icon 1624
Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları ilə görüşəcək.

YeniAvropa xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 26-da  Moskvada keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının aprelin 2-də keçiriləcək iclası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşəcək.

M.Zaxarova qeyd edib ki, iclasda Birlik ölkələrinin qarşılıqlı fəaliyyətini əhatə edən mühüm məsələlərin müzakirəsi gözlənilir.

Bundan əlavə, Böyük Vətən müharibəsinin başlanmasının 80-ci ildönümü ilə əlaqədar MDB dövlət başçılarının quruma üzv ölkələrin xalqlarına və dünya ictimaiyyətinə müraciəti hazırlanır. İclas iştirakçıları həmin müraciətin mətnini də nəzərdən keçirəcəklər.

Xarici işlər Nazirləri Şurasının yekunlarına dair qəbul edilən bir sıra sənəd layihələri MDB Hökumət Başçıları Şurasının Minskdə keçirilməsi nəzərdə tutulmuş iclaslarına təqdim ediləcək