logo

Cəlilabadda polis “BMW”də 14 kq narkotik maddə aşkarladı

13:53 26-03-2021 | icon 1666
Cəlilabadda polis “BMW”də 14 kq narkotik maddə aşkarladı

Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi növbəti əməliyyat tədbirləri nəticəsində 14 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya  verilən məlumata görə, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş M.Məmmədov, X.Nuriyev və İ.Zeynalov sonuncunun idarə etdiyi “BMW” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 12 kiloqram 390 qram narkotik vasitə heroin, 1 kiloqram 150 qram tiryək, 1 kiloqram 100 psixotrop maddə metamfetamin, 1 ədəd balta, 2 ədəd bıçaq və 2 ədəd taxta dəyənək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.