logo

Rəcəb Tayyib Ərdoğan Çinin xarici işlər nazirini qəbul edib

19:10 25-03-2021 | icon 1925
Rəcəb Tayyib Ərdoğan Çinin xarici işlər nazirini qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Çin Xalq Respublikasının xarici işlər naziri Van Yini qəbul edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  KİV üçün qapalı keçirilən görüş 1 saat 10 dəqiqə davam edib.

Prezident Administrasiyasında keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.