logo

İlham Əliyev BƏƏ-nin prezidentinə və vitse-prezidentinə başsağlığı verib

18:17 25-03-2021 | icon 1722
İlham Əliyev BƏƏ-nin prezidentinə və vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev martın 25-də Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) maliyyə naziri, Dubay Əmirinin müavini Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı ilə əlaqədar bu ölkənin prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana və vitse-prezidenti, baş naziri və Dubay əmiri  Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubları ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı bu ağır itki ilə əlaqədar BƏƏ-nin prezidentə və vitse-prezidentə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.