logo

Paşinyan üçün qara bazar günü-müxalifət ümumxalq mitinqi elan etdi

17:47 25-03-2021 | icon 1869
Paşinyan üçün qara bazar günü-müxalifət ümumxalq mitinqi elan etdi

Martın 28-də Ermənistanda ümumxalq mitinqi keçiriləcək. 

 YeniAvropa erməni KİV-inə istinadən xəbər verir ki, bu barədə müxalif “Vətəni Xilasetmə Hərəkatı” bəyanat yayıb. 

Bəyanatda deyilir: “Əziz həmvətənlər, martın 28-də saat 15.00-da Baqramyan-Dəmirçiyan küçələrində ümumxalq mitinqi keçiriləcək. Mitinqdə Hərəkatın gələcək planları təqdim olunacaq. Bizim hədəflərimiz dəyişməzdir”.

“Vətəni Xilasetmə Hərəkatı” Paşinyan hökumətinə qarşı barışmaz mövqeyi ilə tanınır. Hərəkat buna qədər Ermənistan Baş nazirinin istefası tələbi ilə bir neçə kütləvi etiraz aksiyası keçirib. Təsisatın başında Vazgen Manukyan dayanır. O, Nikol Paşinyanın əsas rəqibi sayılır.

Xatırladaq ki, iyunun 20-də Ermənistanda siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar parlament seçkiləri təyin edilib.