logo

Tbilisi "Böyük Dəbilqə"si: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

16:56 25-03-2021 | icon 2205
Tbilisi "Böyük Dəbilqə"si: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu

Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Böyük Dəbilqə" turnirində  iştirak edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

 YeniAvropa xəbər verir ki, bu gün bütün çəki dərəcələrində püşkatma mərasimi keçirilib.

İlk yarış günündə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Yaşar Nəcəfov ( 66 kq) Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova mübarizə aparacaq.

İkinci gündə Zelim Tskayevlə Murad Fətiyev (hər ikisi 81 kq), sonuncu gündə isə Aslan Mirzəyev (100 kq) və Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

60 kq

1/16 final Oruc Vəlizadə - Oleq Veredıba (Ukrayna)

1/16 final. Kəramət Hüseynov - Rodriqo Lopes (Portuqaliya)

66 kq

1/16 final. Yaşar Nəcəfov - Orlando Polanko (Kuba)

81 kq

1/32 final. Murad Fətiyev - Din Gemer (İsrail)

1/32 final. Zelim Tskayev - Kenni Bedel (İtaliya)

100 kq

1/32 final. Aslan Mirzəyev - Reda Nafva (Qətər)

+100 kq

1/8 final. Uşangi Kokauri - Qalımjan Krikbay (Qazaxıstan) / Cemal Erdoğan cütünün qalibi

Qadınlar

48 kq

1/16 final. Aişə Qurbanlı - Marusa Stanqar

1/16 final. Leyla Əliyeva - Gülkader Şentürk

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Anjelika Delqado (ABŞ)

1/16 final. Şəfəq Məmmədova - Yasmin Cavadyan (Böyük Britaniya)

Qeyd edək ki, martın 26-da start veriləcək yarış üç gün davam edəcək.