logo

Prezidentin köməkçisi ermənilərin yaddaşını təzələdi

15:51 25-03-2021 | icon 1834
Prezidentin köməkçisi ermənilərin yaddaşını təzələdi

Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

 YeniAvropa xəbər verir ki, bu barədə H.Hacıyev  "Twitter” səhifəsində paylaşım edib.


"2017-ci ildə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olarkən ermənilərin heç zaman yaşamadığı, işğal edilmiş Cəbrayılda hərbçilər üçün kilsənin qanunsuz tikintisi barədə bəyanat vermişdim. Bildirdim ki, Azərbaycana aid olan hər şeyin dagıdıldığı və təhqir edildiyi bir vəziyyətdə kilsə tikintisi xristianlığın əsas prinsiplərinə ziddir”, - deyə H.Hacıyev vurğulayıb.