logo

Paytaxtda keçmiş məhkumdan 2 kq-dan çox heroin götürülüb

18:58 24-03-2021 | icon 1526
Paytaxtda keçmiş məhkumdan 2 kq-dan çox heroin götürülüb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Xəzər rayonu ərazisində Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Mürsəlovdan 10,230 qram heroin götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki,  O.Mürsəlovun evinə baxış zamanı orada 2 kiloqram 160 qram heroin, 358,097 qram metamfetamin, 215 qram marixuana, 61,613 qram tiryək, 120 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkarlanıb.