logo

Nikol Paşinyan Seçki Məcəlləsini dəyişdirib proporsional seçkiyə gedir

18:38 24-03-2021 | icon 1820
Nikol Paşinyan Seçki Məcəlləsini dəyişdirib proporsional seçkiyə gedir

Ermənistanda iqtidarda olan “Mənim addımım” koalisiyası bu il iyunun 20-də nəzərdə tutulmuş növbədənkənar parlament seçkilərinədək proporsional sistemə keçməklə bağlı Seçki Məcəlləsinə müvafiq dəyişiklik etmək niyyətindədir.

YeniAvropa "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə parlamentdəki çıxışında baş nazir Nikol Paşinyan məlumat verib.

“Biz parlamentdə “Parlaq Ermənistan” və “Firavan Ermənistan” qrupları ilə siyasi məşvərətlər keçirərək erkən seçkilərə getmək qərarına gəldik. Həmkarlarımız Seçki Məcəlləsini dəyişdirib tamamilə proporsional sistemə keçməyimizə qarşı çıxmayacaqlarını bildirdilər və biz də bunu etmək fikrindəyik. Yəni onlar bunun lehinə səs verməyəcəklər, amma qarşı da çıxmayacaqlar”, – hökumət başçısı qeyd edib.

Xatırladaq ki, bundan əvvəl sabiq prezident Serj Sarkisyan özünə baş nazir postunu təmin etmək üçün Seçki Məcəlləsini dəyişdirərək, proporsional seçki sistemindən majoritar seçki sisteminə keçmişdi. Lakin seçkilərin nəticələri total saxtalaşdırıldığından , xalq etirazları ilə S.Sarisyan hakimiyyətdə duruş gətirə bilmədi.