logo

Ərdoğan yenidən Türkiyənin hakim partiyasının(AKP) sədri seçilib

16:46 24-03-2021 | icon 2065
Ərdoğan yenidən Türkiyənin hakim partiyasının(AKP) sədri seçilib

Martın 24-də Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının(AKP) yeddinci növbədənkənar qurultayı keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Türkiyənin bütün vilayət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən qurultayda AKP sədri, prezident Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Hakim partiyanın ötən dövrdə Türkiyənin ümumi həyatına gətirdiyi yeniliklərdən və inkişaf modeli barədə ətraflı məlumat verən prezident Rəcəb Tayyib Ərdoğan qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni Konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.

Çıxışında Türkiyənin xarici siyasətinin istiqamətləri, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, terrorizmlə mübarizə məsələlərinə geniş yer verən prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə də toxunub. O, Qarabağ böhranını danışıqlar yolu ilə həll etmək üçün Azərbaycanın böyük səylər göstərdiyini, Ermənistanın isə dialoq imkanlarını pozan tərəf olduğunu vurğulayıb. Ermənistan ordusunun təxribatlarından danışan və torpaqlarımıza qarşı yeni hücumlar etməsini xatırladan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Ermənistan yeni hücumlara başlayanda bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında olduq. Türkiyənin dəstəyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və dastanlara yazılacaq mübarizəsi ilə bu mənfur işğala son qoyuldu”.

Hazırda bölgədəki vəziyyət barədə də fikir və mülahizələrini bölüşən Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşma çərçivəsində başa çatması üçün prosesləri yaxından izləməkdə davam edəcəyik.

 

AKP sədri qarşıda duran vəzifələrdən bəhs edərək vurğulayıb ki, nəzərdə tutulan yeni Konstitusiya ölkədə bütün təbəqələrin maraq və hüquqlarını təmin edəcək.

Onun hesabat və görüləcək işlərlə bağlı proqram xarakterli çıxışından sonra təşkilati məsələlərə baxılıb. R.T.Ərdoğan yenidən AKP sədri seçilib. Ona 1428 nəfər qurultay nümayəndəsi səs verib. Sədr seçkisində R.T.Ərdoğanın alternativi olmayıb.

Bundan başqa, partiyanın İdarə Heyətinin üzvlərinin sayı 50-dən 75-ə çatdırılıb və 75 nəfərlik yeni tərkibi təsdiqlənib. Onlardan 19-u qadındır.