logo

Bakının əsas yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir

10:55 24-02-2021 | icon 245
Bakının əsas yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir

Dünən axşamdan müşahidə edilən qarlı-çovğunlu hava paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Bir sıra istiqamətlərdə xüsusən də enişli-yoxuşlu ərazilərdə, körpülərin üzərində və tunellərin çıxışlarında yolun hərəkət hissəsi buz bağlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə BNA-dan bildirilib.Qeyd edilib ki,bu səbəbdən də hazırda əsasən Heydər Əliyev (şəhər mərkəzi kənar yol) və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobuslar qrafikə uyğun olaraq xətlərə çıxarılıb. Təhülkəsizlik məqsədilə və metereoloji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir.