logo

Yasamalda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın başlayıb

10:30 24-02-2021 | icon 1603
Yasamalda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunun Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. İlkin məlumata görə, binanın dam örtüyü təqribən 150 kvadrametr sahədə yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.