logo

Bakıya qar yağır,Xəzər dənizində dalğanın hündürlüyü 4.8 metrə çatıb

23:15 23-02-2021 | icon 1778
Bakıya qar yağır,Xəzər dənizində dalğanın hündürlüyü 4.8 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin fevralın 23-ü saat 23:00-a olan məlumatına əsasən, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, qərb küləyi əsib, sürəti Neftçalada 25, Naftalanda 24, Ağstafada 23, Hacıqabul 20, Gəncə, Tovuzda 18, Sabirabad , Yevlaxda 17, Tərtər, Ağdam, Bərdədə 16, Bakıda 22, Binədə 19, Maştağa, Çilov adasında 19, Sumqayıt, Qum adasında 18, Neft daşlarında 21 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4,8 metrə çatıb.