logo

DÇ-2022 seçmə mərhələ:Norveç - Türkiyə matçının yeri dəyişdirildi

22:53 23-02-2021 | icon 2289
DÇ-2022 seçmə mərhələ:Norveç - Türkiyə matçının yeri dəyişdirildi

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının(DÇ-2022) seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç - Türkiyə qarşılaşmasının yeri dəyişdirilib.

YeniAvropa xəbər verir ki,  bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilir ki, martın 27-də Norveçdə təşkil olunması planlaşdırılan görüş koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş səyahət məhdudiyyətləri səbəbindən İspaniyanın Malaqa şəhərində baş tutacaq.