logo

Daha bir beynəlxalq turnirin finalı  Belarusdan alındı

21:52 23-02-2021 | icon 2226
Daha bir beynəlxalq turnirin finalı  Belarusdan alındı

Futzal üzrə Çempionlar Liqasının 2020/2021-ci il mövsümünün final mərhələsi Belarusdan alınaraq Xorvatiyaya verilib.

YeniAvropa Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Bu addım Belarusdakı epidemioloji vəziyyət və ölkəyə mövcud səyahət məhdudiyyətləri nəzərə alınaraq atılıb.

Qeyd edək ki, Çempionlar Liqasının final mərhələsi aprelin 28-dən mayın 3-dək Zaqrebdə təşkil olunacaq.

Xatırladaq ki, bundan əvvəl Belarusun paytaxtı Minsk şəhəri xokkey üzrə dünya çempionatını keçirmək hüququndan məhrum edilib.

Belə ki, dünya çempionatının əsas sponsorları olan  "Skoda" və "Nivea" şirkətləri çempionatın Belarusda keçiriləcəyi təqdirdə yarışlara sponsorluq etməkdən  imtina edəcəklərini açıqlayıblar.Bunun ardından digər şirkətlər də  "insan haqlarının pozulduğu ölkədə  keçirilən çempionata sponsorluq etmək istəməyirik" deyərək namizədliklərini geri çəkiblər. 

Fakt qarşısında qalan Buzüstü Xokkey Federasiyasının(İİHF) çempionatın Minskda keçirilməməməsinə qərar verib.