logo

Oqtay Əsədovun ölkədən qaçırdığı Kamran Balayev  London meri olmağa hazırlaşır

19:09 23-02-2021 | icon 2800
Oqtay Əsədovun ölkədən qaçırdığı Kamran Balayev  London meri olmağa hazırlaşır

May ayında London seçiciləri bələdiyyə başçısını seçəcəklər. London meri vəzifəsi uğrunda mübarizə aparan 20-dək namizəddən biri də azərbaycanlı Kamran Balayevdir.

YeniAvropa xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook"da status yazıb.

Qeyd edib ki, Kamran Balayev Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun keçmiş kürəkəni olub.

"Boşanandan sonra Kamran Balayev o zaman Milli Məclisə rəhbərlik edən Oqtay Əsədovun təzyiqlərinə məruz qalıb. Oqtay Əsədov Milli Məclisin mühafizəçilərindən istifadə etməkdən çəkinməyib.Kamranın  şəxsi mənzilinin qapılarını qırıb, evini ələ keçirib. Ona övladları ilə görüşməyə imkan vermirdi. Kamran Balayev həbs təhlükəsindən və təqiblərdən başını götürüb İngiltərəyə qaçmışdı.
Budur, o gənc indi London meri olmağa hazırlaşır. Uğurlar arzulayaq, ümid edək ki, seçkini qazanacaq və London may ayından öz azərbaycanlı merini alqışlarla qarşılayacaq.
Bəs Oqtay Əsədov? O, yaşının bu çağında az qala hər gün ifşa olunur, boğazına kimi bulaşdığı korrupsiya bataqlığında çabalayır. Bəlkə də həmin günə qədər həbsxananın bir küncündə olacaq. Hərçənd inandırıcı deyil, amma nə bilmək olar həyatdır, kiminin əvvəli, kiminin axırı...",-deyə Cavanşir Həsənli yazıb.