logo

Çavuşoğlu: Türkiyə Azərbaycanla Türkmənistanın "Dostluq” yatağını birgə işlətməsindən məmnundur

18:29 23-02-2021 | icon 5663
Çavuşoğlu: Türkiyə Azərbaycanla Türkmənistanın "Dostluq” yatağını birgə işlətməsindən məmnundur

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasından çox məmnunuq. Bu sənəd bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaradıb.

YeniAvropa xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Ankarada Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla birlikdə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Türkiyəli nazir bildirib ki, ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın inkişafına xüsusi diqqət yetiririk. Prezident Rəcəb Tayyib Ərdoğanın Türkmənistana nəzərdə tutulan səfəri çərçivəsində imzalanacaq sənədlər hər iki tərəf üçün önəmli olacaq.

Türkmənistan-Türkiyə münasibətlərinin inkişafının böyük əhəmiyyət daşıdığının ifadə edən xarici işlər naziri Rəşid Meredov bildirib ki, ikitərəfli əməkdaşlıq bütün sahələr üzrə davam edir.

Qeyd edilib ki, görüşdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub. İqtisadiyyatın bütün istiqamətləri, eləcə də nəqliyyat və texnologiyalar sahəsində əməkdaşlıq imkanları aktualdır.

Nazirlər Türkiyə ilə Türkmənistan arasında 2021-2022-ci illərə dair əməkdaşlıq protokolu da imzalayıblar.