logo

Mövlud Çavuşoğlu Ermənistan rəhbərliyinə  mesaj göndərdi

17:30 23-02-2021 | icon 238
Mövlud Çavuşoğlu Ermənistan rəhbərliyinə  mesaj göndərdi

Vətən müharibəsini qazanan can Azərbaycanı bir daha təbrik edirəm. Bölgədə davamlı sülh və inkişaf üçün tarixi fürsət var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,  bu fikri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  bu gün Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında  səsləndirib.

O bildirib ki, bölgədəki inkişafdan ən çox Ermənistan və erməni xalqı qazanacaq.

"Əgər Ermənistan sülh yolunu seçsə, Azərbaycanla koordinasiyalı şəkildə buna cavab verəcəyik. Azərbaycanın 30 il işğalda olan 7 rayonu dağıdılıb, onların inşası, tarixi-mədəni abidlərin, məscidlərin yenidən bərpası üçün Azərbaycan hökuməti çalışır.

Biz türk dünyası olaraq indiyədək Azərbaycanın yanında olduğumuz kimi, bölgənin inkişafı, yenidən qurulmasında, sabitliyin, hüzurun olmasında bundan sonra da əlimizdən gələni edəcəyik.

Həm üçtərəfli formatda, həm də Türk Şurası çərçivəsində bunu edirik. Azərbaycan liderinin bölgədə əməkdaşlıq üçün 3+3 formatında təşəbbüsü var. Gürcüstanı da bura cəlb etmək üçün səylərimiz davam edir. Düşünürəm ki, Gürcüstan da bu təşəbbüsə qatılacaq",-deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Türkiyənin xarici işlər naziri daha sonra əlavə edib ki, bölgədə sülh və barış olduqdan sonra layihələrin həyata keçirlməsi daha da sürətlənəcək.