logo

İranda koronavirusdan ölənlərin sayı 60 min nəfərə yaxınlaşır

15:31 23-02-2021 | icon 266
İranda koronavirusdan ölənlərin sayı 60 min nəfərə yaxınlaşır

İranda son sutka ərzində koronavirusa 8 min 330 nəfər yoluxub, 91 nəfər isə ölüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 590 min 605 nəfərə, yoluxaraq ölənlərin sayı isə 59 min 663-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 3 min 696 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 358 min 541 xəstə sağalaraq evə buraxılıb.