logo

İtkin hesab edilən daha bir əsgərimizin şəhid xəbəri gəldi

10:31 23-02-2021 | icon 266
İtkin hesab edilən daha bir əsgərimizin şəhid xəbəri gəldi

44 günlük Vətən müharibəsində itkin düşən daha bir əsgərimizin nəşi tapılıb.

YeniAvropa xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, II Qarabağ müharibəsində itkin düşən şəxslərin siyahısında adı olan Rajapov Əmrahın şəhid olduğu təsdiqlənib.

Qeyd edək ki, şəhidimiz 2000-ci ildə Gəncədə doğulub. Atasını kiçik yaşlarından itirən Əmrah, sonradan anası tərəfindən uşaq evinə verilib. Orta məktəbdən məzun olduqdan sonra da, ona dövlət tərəfindən Masazır məzunlar evindən mənzil hədiyyə olunub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıb.

Əmrah Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Məlumata görə, o, oktyabrın 8-də şəhidlik zirvəsinə yüksəlib.