logo

Türkiyədə daha 78 nəfər koronavirusdan dünyasını dəyişib

21:12 22-02-2021 | icon 4886
Türkiyədə daha 78 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 78 nəfər vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Onun sözlərinə görə,  son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8104 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5690, ağır xəstələr isə 1189 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 646 526 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 529 450 nəfər sağalıb, 28 138 nəfər isə həyatını itirib.