logo

Media nümayəndələri üçün onlayn təlimlərə start verilir

18:58 22-02-2021 | icon 1953
Media nümayəndələri üçün onlayn təlimlərə start verilir

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə onlayn silsilə təlimlərə start verilir.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, “2007-2015-ci il Dövlət Proqramı” məzunlarının iştirakı ilə fevralın 24-də media üçün onlayn təlim keçiriləcək. Təlim saat 11:00-dan 13:00-dək nəzərdə tutulur. Təlimdə iştirak etmək istəyənlər fevralın 23-ü saat 20:00-dək qeydiyyatdan keçə bilərlər.

Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə edir.