logo

Sinoptiklərdən xəbərdarlıq:Qar  yağacaq,çovğun olacaq,yollar buz bağlayacaq

14:04 22-02-2021 | icon 1491
Sinoptiklərdən xəbərdarlıq:Qar  yağacaq,çovğun olacaq,yollar buz bağlayacaq

Sinoptiklər hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, fevralın 23-dən 24-nə keçən gecə yağıntının qara keçəcəyi, fevralın 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 metrədək güclənək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° enəcəyi, 0-5° şaxta olacağı proqnozlaşdırılır. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq fevralın 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, sürəti saniyədə 18-23, ayrı-ayrı yerlərdə 28-33 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° enəcəyi, Aran rayonlarında 3-8°, dağlıq rayonlarda 15-20° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.