logo

AQTA Ukraynadan gətirilən 20 ton soğanın satışını qadağan etdi

13:32 22-02-2021 | icon 2093
AQTA Ukraynadan gətirilən 20 ton soğanın satışını qadağan etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya  verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukraynada “Alikend” özəl müəssisəsi tərəfindən istehsal olunan və "İmport trade az" MMC tərəfindən ölkəmizə idxal edilən 20,51 ton soğan məhsulu partiyasına baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində nitratın kütlə payının texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı aşkar olunub.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.