logo

Sabah Bakıda 9° isti olacaq

12:52 22-02-2021 | icon 1575
Sabah Bakıda 9° isti olacaq

Azərbaycanda fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, axşam isə qara keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, axşam güclü şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1-3°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Fevralın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və şərq rayonlarından başlayaraq yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10°, yüksək dağlıq ərazilərdə 14-16° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, fevralın 24-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun kəskin aşağı enəcəyi gözlənilir ki, bu da əksər insanlar üçün əlverişsizdir.